Borrell: Fələstin dövlətinin yaradılması İsrailin təhlükəsizliyi deməkdir

saytların hazırlanması

Evə çatdırılma

Borrell: Fələstin dövlətinin yaradılması İsrailin təhlükəsizliyi deməkdir

Dünya

27 Noyabr 2023 17:17 628


İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və Qəzza zolağında Fələstin dövlətinin yaradılması İsrailin təhlükəsizliyinin və sülhünün ən yaxşı təminatı olacaq.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bunu Aİ-nin diplomatiya rəhbəri Josep Borrell deyib.

Onun sözlərinə görə, 4 günlük atəşkəs İsrail və HƏMAS arasında münaqişədə mühüm ilk addımdır, lakin böhrandan çıxış yolu tapmaq üçün daha çox şeyə ehtiyac var. Toyuqlu pizza

Borrell İsrailin Bazar ertəsi Barselonada keçirilən Aralıq dənizi Birliyi Forumunda iştirak etməməsindən təəssüfləndiyini bildirib. Fələstinin xarici işlər naziri Riyad əl-Maliki və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının nazirlər qrupunun nümayəndələri kimi iclasda çıxış edəcəklər.

Aİ diplomatı 4 günlük atəşkəsin daha bir neçə gün davam edəcəyinə ümid etdiyini söylədi.

O, İsraili Qəzzanı yenidən müstəmləkələşdirməməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!