Borrell: “Münaqişədən sonra dünya ikiyə bölünəcək“

saytların hazırlanması

Evə çatdırılma

Borrell: “Münaqişədən sonra dünya ikiyə bölünəcək“

Dünya

22 Aprel 2022 17:59 549


"Ukrayna ərazisində hərbi əməliyyatlar başa çatdıqdan sonra dünya daha da parçalanacaq". 

Yenisabah.az "El Pais"ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici əlaqələr üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

İspan qəzetinə müsahibəsində o bildirib: "Dünya daha çox parçalanacaq və bu, iqtisadi sarsıntıya səbəb olacaq. Xüsusilə, müxtəlif növ xammallardan silah kimi istifadə olunacaq. Taxıl da bir növ silaha çevriləcək. Rusiya artıq deyir ki, taxılımız dostlarımız üçündür, dostumuz olmayan onu almayacaq". Toyuqlu pizza

Bundan əlavə, Borrelin fikrincə, Rusiya və Çinin bir tərəfdə, Qərbin isə digər tərəfdə dayanacağı yeni siyasi panorama yaranacaq:

"Bir çox inkişaf etməkdə olan ölkələr şəraitdən asılı olaraq, bu və ya digər tərəfə meyl edəcəklər. Soyuq müharibə zamanı bloklara qoşulmayan ölkələr haqqında necə danışdığımızı xatırlayın. İndi biz oxşar fenomenin meydana çıxdığını görürük".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!