Borrell: “Ukrayna taxılı BMT-nin köməyi ilə çıxarılacaq“

saytların hazırlanması

Evə çatdırılma

Borrell: “Ukrayna taxılı BMT-nin köməyi ilə çıxarılacaq“

Dünya

20 İyun 2022 13:38 868


"Ukraynada blokadaya alınan taxıl problemi sonda BMT-nin köməyi ilə həll edilməli olacaq və uzun sürməyəcək".

Yenisabah.az xəbər verir ki, bunu Aİ diplomatı Josep Borrell bildirib.

O deyib: "İrəliləyiş var, biz irəliləyirik. Ümid edirik ki, heç kim beynəlxalq ictimaiyyətin təzyiqlərinə tab gətirə bilməyəcək. Ümid edirəm və hətta ümiddən də çox əminəm ki, sonda BMT ilə razılıq əldə olunacaq". pizza

Borrellin sözlərinə görə, dünyanın qalan hissəsi aclıqdan əziyyət çəkdiyi halda, Ukraynada milyonlarla ton taxılın blokadada qalmasını təsəvvür etmək mümkün deyil. Buna görə də vəziyyətin uzun müddət belə davam edə biləcəyini düşünmürəm". 

Bundan əvvəl bildirilmişdi ki, BMT Ukrayna və Rusiyadan dünya bazarlarına ərzaq məhsullarının ixracına dair paket sazişi hazırlayır. Eyni zamanda, iyun ayında Rusiya prezidenti Vladimir Putin Rusiyanın Qara dəniz limanlarından Ukrayna taxılını buraxmaması iddiasını "blef" adlandırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!