Avropa İttifaqına (Aİ) üzv ölkələr indiyə kimi ikitərəfli razılaşmalar və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib.
Yenisabah.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib.
O bildirib ki, Ukrayna bu yardım sayəsində Rusiyaya müqavimət göstərə bilib: “ABŞ-nin hərbi yardımı daha vacibdir. Amma Aİ Ukraynaya ABŞ-dən qat-qat çox yardım göstərib”. Marqarita pizza
J.Borrell söyləyib ki, Aİ-nin Kiyevə yardımı davam edəcək: “Bu, belə də olmalıdır. Çünki Rusiya Aİ üçün strateji təhlükə yaradır”.
Telegram kanalımız