"NATO-ya daxil olmaq üçün Finlandiya və İsveç Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdır, başqa seçim ola bilməz".
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri Madriddə NATO sammitinə yollanmazdan əvvəl deyib: Dördpendirli pizza
“Alyansa üzv olan hər bir ölkə NATO ölkələrindən birinə qarşı təhlükənin ümumi təhlükə olması prinsipindən başlamalıdır. Ona görə də, Finlandiya və İsveçin NATO-ya daxil olması üçün Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almaq lazımdır, başqa seçim ola bilməz”.
Ərdoğan onu da əlavə edib ki, Türkiyə, İsveç, Finlandiya və NATO ölkələrinin görüşündən sonra Skandinaviya ölkələrinin mövqeyi bəlli olacaq.
O qeyd edib ki, boş söhbətlər deyil, konkret nəticələr gözləyir.
Telegram kanalımız