Böyük Britaniya Ukraynaya on min dron göndərəcək 

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya Ukraynaya on min dron göndərəcək 

Dünya

08 Mart 2024 17:43 783


Böyük Britaniya hökuməti Ukraynaya on min dron tədarük etməyə hazırlaşır. 

“Report” “Bild”ə istinadən xəbər verir ki, bunu krallığın müdafiə naziri Qrant Şapps martın 8-də Ukraynada səfərdə olarkən bildirib.

Onun sözlərinə görə, bununla da Böyük Britaniya pilotsuz uçuş aparatları (PUA) ilə bağlı Ukraynaya verəcək 200 milyon funt məbləğində mövcud öhdəliyi 325 milyon funtadək artırır. Toyuqlu pizza

Qrant Şapps bildirib ki, krallıq əsasən FPV adlanan dronları birinci əldən təchiz etməyə çalışır. Belə PUA-lar Ukrayna hərbçiləri tərəfindən cəbhədəki hədəfləri vurmaq üçün uğurla istifadə olunur: “Habelə, təhvil verilən silahlar arasında minə yaxın kamikadze, həmçinin kəşfiyyat və dəniz dronları da olacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!