Böyük Britaniya yarım milyard dollarlıq yardım ayırır

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya yarım milyard dollarlıq yardım ayırır

Dünya

24 İyun 2022 17:43 931


Böyük Britaniya qlobal ərzaq və gübrə qiymətlərinin artımından ən çox zərər çəkən ölkələrə 372 milyon funt sterlinq (456 milyon dollar) yardım edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniya ökuməti məlumat yayıb.

Böyük Britaniyanın baş naziri Boris Conson deyib: “Biz böhran və iqlim dəyişikliyi yaşayan ölkələrə yardımımızı gücləndiririk”. pizza sifarişi

Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, 140 milyon insanın ərzaq çatışmazlığından əziyyət çəkdiyi Afrikaya xüsusi diqqət yetirilir. Krallıq dəstək olaraq Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına (FAO) 160 milyon dollar, Mərkəzi Fövqəladə Hallara Qarşı Mübarizə Fonduna 64 milyon dollar, Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fonduna 45 milyon dollar və qabaqcıl texnologiyaların hazırlanması və ərzaq təhlükəsizliyini gücləndirmək tətbiqi üçün 163 milyon dollar verəcək.

Xatırladaq ki, dünya ərzaq qiymətləri son 50 ilin ən yüksək həddinə çatıb. 2022-ci ilin əvvəlində 275 milyondan çox insan şiddətli aclıq vəziyyətində idisə, bu il ac insanların sayı daha 47 milyon arta bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!