Brayza: “Ermənistanla arasında sülh sazişi üçün əsas yaranıb”

saytların hazırlanması

Evə çatdırılma

Brayza: “Ermənistanla arasında sülh sazişi üçün əsas yaranıb”

Siyasət

27 Sentyabr 2023 17:59 435


İkinci Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün əsas yaradıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O vurğulayıb: "Fikrimcə, İkinci Qarabağ müharibəsi və yekunları Cənubi Qafqaz üçün böyük dönüş nöqtəsi oldu. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün əsas qoyuldu. Düşünürəm ki, bu saziş tezliklə imzalanacaq. Bu sonrasında da ədalətli və davamlı sülhü təmin edəcək, Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə nəqliyyat əlaqələrini açmaqla ölkənin regional iqtisadiyyata reinteqrasiyasına səbəb olacaq. Sezar pizza

Bundan başqa, həm Ermənistanın özünə, həm də Azərbaycana, Gürcüstana və Türkiyənin şərq bölgələrinə investisiya axını təmin ediləcək ki, bu da iş yerlərinin açılmasına imkan verəcək, iqtisadi artım və tərəqqini təmin edəcək".

M. Brayza qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın atəşkəs barədə əsas şərtlərini yerinə yetirməyib və ən əsası, Azərbaycanın Qarabağ bölgəsində öz silahlı qüvvələrini saxlamaqla beynəlxalq hüququ pozub.

"Bu silahlı qüvvələr Azərbaycanın təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Onlar həm də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imzalama yolunda maneə yaradırdı. Siyasi opponentləri Azərbaycanla açıq münaqişəni qoruyub saxlamaq üçün vasitə kimi bu hərbi resurslardan istifadə etməsi üçün ona təzyiq göstərirdi. Lakin indi, bu qoşunların Qarabağı tərk etdiyi, separatçı rejimin isə devrildiyi vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yol açıqdır.

Əminəm ki, hər iki ölkə bunu istəyir. Lakin İkinci Qarabağ müharibəsi olmadan bu mərhələyə çatmaq mümkün olmazdı", - deyə keçmiş səfir qeyd edib.

Brayza əvvəl Ermənistanın status-kvonu qoruyub saxlayan ölkə olduğunu xatırladıb. O, heç nəyi dəyişmək, razılaşma yolunda real irəliləyiş əldə etmək istəmirdi, Azərbaycan isə status-kvonun dəyişməsini və razılaşma yolunda irəliləyiş əldə etmək istəyirdi.

Eks-diplomat bildirib: "Artıq vəziyyət dəyişib: məsələ daha əvvəl işğal altında olan ərazilərlə bağlı olduqda Azərbaycan status-kvonu qoruyub saxlayır və sülh sazişinin imzalanması yolunda irəliləməyə hazırdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!