Britaniya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalara görə qarşıdakı doqquz il ərzində 6,2 milyard funt sterlinq (təxminən 7,96 milyard dollar) itirəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb.
Materialda deyilir ki, bu rəqəmlər aprelin əvvəlində dərc edilmiş ticarət tədbirlərinin təhlili ilə sübut olunur. Rusiyaya tətbiq olunan sanksiyaların fonunda ən böyük ziyan "Bentli", "Aston Martin" avtomobilləri və "Burberri" şirkətlərinə dəyib. Hökumət 2030-cu ilə qədər bu şirkətlərin 881,7 milyon funt sterlinq zərər görəcəyini proqnozlaşdırır. Nəşrin mənbələri bildirir ki, dəbdəbəli brendlər Böyük Britaniya hökumətinin həyata keçirdiyi tədbirləri dəstəkləyir. Dördpendirli pizza
Qeyd olunur ki, mal və neft emalı texnologiyalarını ixrac edən şirkətlərin itkisi 6,7 milyon funt-sterlinq, kompüter sənayesinin itkisi isə 4,1 milyon funt-sterlinq təşkil edəcək.Axar.az
Telegram kanalımız