Britaniya səfiri Lənkərana səfər etdi

Britaniya səfiri Lənkərana səfər etdi

Siyasət Veb saytların hazırlanması

17 Sentyabr 2023 21:12 318


“Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm”.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld rəsmi “X” hesabında məlumat verib.

“Məhsa Əmininin ölümünün il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir”, - diplomat qeyd edib.

Səfir həmçinin Lənkəranda öz əməkdaşlarından birinin evində qonaq olub və dadlı təamlara görə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!