Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək

saytların hazırlanması

Evə çatdırılma

Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək

Dünya

17 Aprel 2022 00:01 452


Britaniya hakimiyyəti Ukraynanı silah, o cümlədən zirehli texnika ilə təmin etməyə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra yayılan bəyanatda deyilir.

Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək. Toyuqlu pizza

“Boris Conson prezident Zelenskiyə Böyük Britaniyanın Rusiyaya qarşı keçən həftə qüvvəyə minmiş yeni sanksiyaları barədə məlumat verib və bildirib ki, Böyük Britaniya Ukraynaya müdafiə üçün lazım olan vasitələri, o cümlədən zirehli texnikanı yaxın günlərdə çatdırmağa davam edəcək”-, məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!