Britaniyanın Xüsusi Hava Xidmətinin əsgərləri, Ukrayna hərbçilərinə NLAW zenit-raketlərindən istifadə etməyi öyrətmək üçün Ukraynaya yollanıblar.
Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "The Times"a ukraynalı zabitlər məlumat verib.
Kapitan Yuri Myronenkonun sözlərinə görə, təxminən iki həftə əvvəl Kiyevdə Britaniya Xüsusi Hava Xidmətinin qırıcıları hərbçilərə NLAW zenit-raketlərindən istifadə etməyi öyrədiblər. pizza mizza
Britaniyadan olan təlimatçılar əvvəllər Ukrayna qoşunları ilə işləyiblər, lakin fevralın ortalarında Krallığın Müdafiə Nazirliyi onları geri çağırıb. Agentlik o zaman bildirmişdi ki, Rusiya ilə Ukrayna arasında münaqişə yaranacağı təqdirdə britaniyalılar döyüşlərdə iştirak etməyəcəklər.
Cavad Salmanli
Telegram kanalımız