Avropa diplomatiyasının rəhbəri Josep Borrell ümid etdiyini bildirib ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında danışıqları təşkil etmək mümkün olacaq.
Yenisabah.az xəbər verir ki, o bunu Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi Qranadada bildirib.
“Ümid edirəm ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında görüşlər təşkil etmək mümkün olacaq. Bu, münaqişənin genişlənməməsi üçün lazımdır. Bundan əlavə, Ermənistanda siyasi sabitliyə nail olmaq lazımdır”, - deyə diplomat vurğulayıb. Dominos pizza
J. Borrell Azərbaycan və Türkiyə liderlərinin Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Telegram kanalımız