Xəbər verdiyimiz kimi, 100-ə qədər xarici diplomat Şuşaya səfər edib, şəhərin tarixi yerlərini ziyarət edib.
Yenisabah.az xəbər verir ki, bu kimi səfərlərin Şuşanın dünyada tanıdılması baxımından mühüm rol oynadığını vurğulayan media eksperti Elçin Şıxlı, bundan sonra da Şuşanın təbliği istiqamətində ciddi addlmlar atmağın vacib olduğunu qeyd edib:
“Bu səfər hər şeydən öncə göstərdi ki, Şuşa bizim şəhərdir, biz istədiyimiz zaman ora gedirik, istədiyimiz qonaqları da ora aparırıq. Biz bu səfərlərlə xarici diplomatlara göstəririk ki, ermənilər uzun illərdir ki, Şuşa şəhərini işğalda saxlayıblar, bu şəhərin sahibi olduqlarını iddia ediblər, lakin bunca illər ərzində heç bir iş görməyiblər. Bu alçaqlar özlərinə bir-iki villa və restoran tikiblər, qalan yerləri isə xarabalığa çeviriblər. Bizim ordakı tarixi abidələrimiz dağıdılıb, məhv edilib. Dominos pizza
Şuşa bizim torpağımız, bizim vətənimizdir və biz burda hər şeyi bərpa edəcəyik. Bu bərpa prosesində hər bir abidənin, hər bir tikilinin qədimliyinin qorunması təmin ediləcək. Biz bütün dünyaya həm tariximizi, həm də bu tarixin nə qədər böyük, əzəmətli olduğunu göstərəcəyik. Biz Şuşanın Azərbaycan olduğunu hamıya göstərməliyik və göstəririk”./Moderator.az
Telegram kanalımız