“Bu, bütün Türk dünyasının tarixi qələbəsidir” - Fəzail Ağamalı

saytların hazırlanması

Evə çatdırılma

“Bu, bütün Türk dünyasının tarixi qələbəsidir” - Fəzail Ağamalı

Siyasət

15 Oktyabr 2023 18:29 1023


"Bu gün Müzəffər Ali Baş komandan, möhtərəm, cənab prezident yazdığı müasir tariximizə yeni və təkrarsız səhifələr əlavə etdi. Arzularımızı, xəyallarımızı reallığa çevirən Dövlət Başçımız Xankəndində, Ağdərədə, Sərsəngdə, Xocalı və Əsgəranda Azərbaycan bayrağını dalğalandırdı, Azərbaycan Respublikasını bütövləşdirdi, Vətənin tam bütövləşməsinin bünövrəsini qoydu".

Yenisabah.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

"Milli iftixarımızın öz əllərilə Bayrağımızın tarixi torpaqlarımızda qaldırılması 50 milyonluq millətimizin və bütün Türk dünyasının tarixi qələbəsidir. Tarixi nailiyyətlərə görə bütün xalqımızı böyük məmuniyyətlə təbrik edirəm. pizza mizza

Gözümüz aydın olsun. Uca Tanrıdan cənab prezidentimiz İlham Əliyevə möhkəm can sağlığı arzulayır və sonsuz minnətdarlığımı diləyirəm!" - millət vəkili əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!