“Bu dəfə Rusiya Qarabağ münaqişəsinə qarışsa, qarşısında Türkiyə ordusunu görəcək” – İsa Qəmbər 

saytların hazırlanması

Evə çatdırılma

“Bu dəfə Rusiya Qarabağ münaqişəsinə qarışsa, qarşısında Türkiyə ordusunu görəcək” – İsa Qəmbər 

Siyasət

01 Sentyabr 2021 11:13 10691


“Qarabağdakı son gərginliklər, xırda toqquşmalar faktiki olaraq bu və ya digər tərəflərin maraqlarına uyğundur”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib. “Turan”ın canlı efirində qonaq olan İ. Qəmbərin sözlərinə görə, o eyni qaydada hesab edir ki, yeni müharibə tərəflərin heç birinin maraqlarına uyğun deyil:

“Ermənistanın maraqlarına qətiyyən uyğun deyil. Çünki buna hazır deyil. Ermənistan ordusu son dövrdə Rusiyadan nə qədər – hətta deyilrlər milyard dollarlıq silah-sursat alıb. Buna baxmayaraq, Ermənistan yeni bir müharibəyə hazır deyil. Gerçək bir müharibə olarsa, darmadağın olarlar”. pizza mizza

Yeni müharibə olacağı halda Rusiyanın Ermənistan tərəfindən hərbi əməliyyatlara qatılacağı haqda ehtimala gəldikdə İsa Qəmbər deyib:

“Qarabağda yeni bir müharibə Rusiyanın sülhməramlı missiyasının iflası demək olacaq. Digər tərəfdən indi Rusiyanın dünya miqyasında gərginlikləri kifayət qədərdir. Yeni müharibə olacağı halda Rusiya ordusunun qarşımıza çıxması ilə bağlı məsələyə gəldikdə, bu dəfə vəziyyət fərqlidir. Əgər bu dəfə Rusiya Azərbaycan-Ermənistan münaqişəsinə qarışacaqsa, qarşısında Türkiyə ordusunu görəcək. Bu birmənalı şəkildə belədir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Goooozellllll...
    5 years ago