Bu ərazilər hələ də işğal altındadır - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilər hələ də işğal altındadır - Rəsmi

Siyasət

07 Noyabr 2023 14:38 1595


Ermənistan hələ də işğalı altındakı 8 Azərbaycan kəndini təhvil verməyib.

“Yeni Sabah” xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, Azərbaycan vətəndaşlarının həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi: Toyuqlu pizza

"Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!