Bu ərazilərdə leysan yağıb -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə leysan yağıb - FAKTİKİ HAVA

Sosial

02 Avqust 2024 17:07 656


Avqustun 2-si saat 16:30-a olan faktiki hava açıqlanıb.

Bu barədə yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 2-si saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. pizza sifarişi

Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!