Bu ərazilərə leysan yağış yağıb - FAKTİKİ HAVA 

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə leysan yağış yağıb - FAKTİKİ HAVA 

Sosial

22 İyul 2024 10:04 426


İyulun 22-si saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqaz bölgəsinin bəzi yerlərində yağıntılar leysan xarakterli olub. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 39 mm, Şahdağda 18 mm, Qəbələdə 17 mm, Oğuzda 16 mm, Qrızda 12 mm, Xaltan, Şəki, Mingəçevir, Ceyrançöl, Zaqatala, İsmayıllı, Quba, Balakən, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Şamaxı, Altıağac, Qusar, Şabran, Göyçay, Sabirabad, Neftçala, Astarada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 7 mm-dək olub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti olub.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!