“Bu, Ermənistana növbəti göz dağı olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Ermənistana növbəti göz dağı olacaq”

Siyasət

05 Sentyabr 2021 10:54 3332


Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Şahini-2021" birgə taktiki uçuş təlimləri start götürür. 

Konya şəhərində keçiriləcək təlimlərə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi ilə qatılacaq. Sentyabrın 17-i başa çatacaq təlimlərə maraq olduqca böyükdür.

Hərbi ekspert Ədalət Verdiyev Sputnik Azərbaycan-a  təlimlər, onların əhəmiyyəti barədə fikirlərini bölüşüb. Dördpendirli pizza

Ədalət Verdiyev bildirib ki, Azərbaycan 2015-ci ildən bəri “TurAz Şahini” təlimlərində iştirak edir: “Bu təlimlər Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının ölkə sərhədindən kənarda qatıldığı ilk aviasiya təlimləri olub. 

“TurAZ Şahini” ilk dəfə keçiriləndə Azərbaycan pilotları Türkiyə - Ermənistan sərhədində təlim keçirmək imkanı əldə etdilər. Ərazinin, iqlim şəraitinin tanınması və əməliyyatlar teatrının tanış olunması baxımından bu da olduqca əhəmiyyətli idi. 

Hər iki ölkənin pilotları bir neçə növdə keçirilən təlimlərdə iştirak etdiyi halda Ermənistanın Vətən Müharibəsi zamanı məğlubiyyətə məruz qaldığı halda belə qırıcılarını havaya qaldırmağa cürət etməmişdi. Bu təlimlər Ermənistana və onu silahlandıran tərəfdaşlarına növbəti göz dağı olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!