“Bu general Rusiya xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirir...”

saytların hazırlanması

Evə çatdırılma

“Bu general Rusiya xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirir...”

Dünya

10 Noyabr 2023 07:55 12171


“Bu günlərdə hökumət açıq şəkildə keçmiş müdafiə naziri, ehtiyatda olan general-mayor Arşak Karapetyanı “daşqalaq etməyə” başlayıb”. 

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Pastinfo” gündəlik  nəşri yazır. 

“Xüsusilə,  Andranik Köçəryan Karapetyanın səhvlərinə kifayət qədər sərt istinadlar edərək bildirib ki, 2016-cı ilin dördgünlük müharibə zamanı kəşfiyyatın uğursuzluğu, ciddi nöqsanlar olub. Qeyd edilir ki, A.Karapetyan həmin vaxt Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi olub”- deyə erməni nəşri diqqətə çatdırır. pizza sifarişi

Nəşr onu  da vurğulayır ki, hakimiyyətin tənqidinin əsas səbəbi yalnız Karapetyanın siyasətə gəlişi deyil. Əsas “tezis” ondan ibarətdir ki, general A.Karapetyan Ermənistanda Rusiya xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirir...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Савид
    90 larda Azerbaijanda da cox adamlari satqinliqda ittiham edirdiler.
    3 years ago
  • Elnur
    Məğlublar həmişə günahkar axtarır.
    3 years ago