Dövlət İmtahan Mərkəzi avqustun 11-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Yenisabah.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 2214 namizəd qeydiyyatdan keçib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 393, BB qrupu üzrə 1821 olmaqla, ümumilikdə 2214 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi və 33 buraxılış rejimi əməkdaşı ayrılıb. Dördpendirli pizza
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 6, AC qrupu üzrə 14, BA qrupu üzrə 36, BB qrupu üzrə isə 155 olmaqla, ümumilikdə 211 namizəd qeydiyyatdan keçib.
Telegram kanalımız