Bu gün Nazim Bəydəmirlinin şikayətinə baxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Nazim Bəydəmirlinin şikayətinə baxılacaq

Kriminal

14 Noyabr 2024 11:14 1086


Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Sezar pizza

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Bəydəmirli  8 il azadlıqdan məhrum edilib.

Hökmdə əsasən, o, zərərçəkmiş Mürsəl İbrahimova 49 min 740 manat ödəməlidir.

Qeyd: N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!