2022-ci ilin sonuna Rusiyadan Türkiyəyə turist axını təxminən 2 milyon nəfərə çata bilər.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib.
Onun sözlərinə görə, keçən il Rusiyadan Türkiyəyə 4,7 milyon nəfər səfər edib: pizza sifarişi
"Bu il hər şey hava nəqliyyatından asılı olacaq, indi bunu proqnozlaşdırmaq çətindir. 2 milyon nəfər yaxşı nəticə olacaq".
M. Lomidze qeyd edib ki, Türkiyə rusiyalı turistlərin ən çox üz tutduğu ölkədir, lakin turistlər üçün uçuşların qiyməti azaldılmalıdır:
"Təəssüf ki, Türk Hava Yolları və "Pegasus"un blok oturacaqlarının hazırkı qiymətləri bu turları 2022-ci ilin əvvəlindəki qiymətlərlə satmağa imkan vermir. Bu, xüsusilə regionlarda tələbatın azalmasına səbəb olur".
ATOR-un icraçı direktoru bildirib ki, Rusiya Federasiyasında "Visa" və "Mastercard" əməliyyatlarının dayandırılması, ilk növbədə, Türkiyəyə müstəqil səyahət edənlərin axınını azaldıb:
"Rusiyadan otel sifariş etmək və bilet almaq onlar üçün çətindir".
Telegram kanalımız