“Bütün türk dünyasının birliyinə, regionda sabitliyin, təhlükəsizliyin təminatına, Türkiyə-Azərbaycan dostluğunun yeni strateji istiqamətlər üzrə inkişafına xidmət edəcək Şuşa Bəyannaməsi dünyanın diqqətindədir”.
“Yeni Sabah” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması ölkəmizin, mədəniyyət paytaxtımız Şuşanın həyatında tarixi hadisədir.
Şuşa Bəyannaməsinin adında bütün məqamları ehtiva etdiyini bildirən Vüqar Rəhimzadə qeyd edib ki, belə bir sənədə məhz Şuşada imza atılması İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya bir çox mesajları çatdırır: “Bu, böyük tarixdir. Hər bir sənəd özündə ehtiva etdiyi məqamlarla, hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yerin nə qədər böyük məna kəsb etdiyi aydındır. Bu baxımdan Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinə işıq salan və perspektivləri müəyyənləşdirilən sənədə Şuşada imza atılması qürurvericidir, rəmzi məna və mühüm tarixi əhəmiyyət kəsb edir”. Dördpendirli pizza
V.Rəhimzadə bu səfərin, həmçinin Şuşa Bəyannaməsinin təcavüzkar Ermənistana və onun havadarlarına güclü mesaj olduğunu qeyd edib: “Regionda yaranan yeni reallıqlarla barışmaq istəməyən, Ermənistan vasitəsi ilə bölgədə çirkin niyyətlərini həyata keçirmək istəyən dairələr bu birliyin sarsılmazlığı ilə yanaşı, gələcəyə hesablanmış hədəfləri müddəalarında birləşdirən Şuşa Bəyannaməsinin məqsəd və məramlarını dərk etməlidirlər”.
Telegram kanalımız