Bu,  lap ağ oldu! - Bakıda 70 minə qaraj satılır - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu,  lap ağ oldu! - Bakıda 70 minə qaraj satılır - FOTO

Sosial

10 Avqust 2024 13:35 1185


Qarajlar vətəndaşların avtomobillərini saxlamaq üçün unikal yerlərdən sayılır. Bəzən vətəndaş bu qarajdan digər əşyalarını saxlamaq üçün də istifadə edir. 

Yenisabah.az xəbər verir ki, bəzi əmlak saytlarına yerləşdirilən elə qarajlar var ki, onların qiymətinə üçotaqlı mənzil almaq belə mümkündür. 

Ekpertlər deyir ki, son illər bu tip obyektlərə təlabat kifayət qədər artıb. Tələb çox olduqca qiymətlər də artır.  Marqarita pizza

Elan saytlarında 40-50, hətta 70 min manata təklif edilən qarajlar var. Qiymətlər isə ərazidən asılı olaraq dəyişir.

Hazırda baha qiymətə təklif edilənlər siyahısına "İnşaatçılar" metrostansiyası yaxınlığında yerləşən 60 kvadrat metr sahəsi olan qaraj liderlik edir.

Növbəti qaraj isə Nizami metrostansiyası yaxınlığında yerləşir. 40 kvadratmetr sahəsi olan bu qaraj 65 min manata təklif edilir.

Qarajların bahalı olduğu növbəti ərazi isə Nərimanov rayonudur.

Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28-də, Baş Arxiv idarəsi ilə üzbə-üz ərazidə yerləşən qaraj yüksək qiymətə satışa çıxarılıb.

Belə ki, satıcı cəmi 24 kvatratmetrlik qarajı 50 min manata təklif edir.

Reiltorlar bildirir ki, qarajlar regenerasiya olunan əmlak növüdür. Gələcəkdə müvafiq icra hakimiyyəti ilə razılaşma nəticəsində üzərində əlavə tikili də artırmaq olur. Bu baxımdan qiyməti çox bahadır.

Hazırda Bakı şəhərində sənədlərindən və yerləşdiyi rayondan aslı olaraq satışa çıxarılan qarajların qiyməti 10-15 min manatdan 70 min manata kimi dəyişir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!