Politoloq Qafar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamasında rəsmi Moskvanın növbəti oyunundan - Azərbaycanla sərhəddə daha bir hərbi baza açmağa hazırlaşmasından bəhs edib.
Yenisabah.az həmin açıqlamanı təqdim edir:
"Şuşa Bəyannaməsinə qarşı cavab tədbirləri kimi Rusiyanın növbəti planları üzə çıxmışdır. Dünən Ermənistan Müdafiə nazirliyindən bir heyət Moskvada müzakirələr aparmışlar. Rusiya Ermənistanda növbəti hərbi baza qurmaq üçün planlarını erməni heyətinə açıqlamışdır. Ruslar bu bazanı Zəngəzurun Sisyan və Qafan arasındakı ərazidə, Sisyan aeroportu ərazisində yerləşdirmək fikrini açıqlamışlar. Şant adlı TV-də bunun müzakirəsini də aparan erməni politoloqlar bildirmişlər ki, bu, Rusiyanın Şuşa Bəyannaməsindən sonra atacağı ən doğru addımdır. Çünki həmin bəyannamədə Türkiyənin Zəngəzura yaxın bir yerdə hərbi baza yaratmasının təməlləri atılmışdır. Paşinyan Rusiyaya belə bir bazanın yaradılması ilə bağlı narahatlığını ifadə etmişdir. İndi söz Rusiyanındır. Bu da onu göstərir ki, Paşinyanın seçkidə qələbəsinin təmin olunmasına Rusiya maraqlı olmuşdur və Ermənistan Rusiyanın forpostu olmağa davam edəcəkdir". Marqarita pizza
Telegram kanalımız