“Bu oyun Əli Kərimlinin əl işidir” - Mirşahin 

saytların hazırlanması

Evə çatdırılma

“Bu oyun Əli Kərimlinin əl işidir” - Mirşahin 

Siyasət

30 Avqust 2021 07:59 32280


“Hətta Paşinyan belə tarixi Azərbaycan adlarını azərbaycanca deyirsə, bu artıq, kapitulyasiyanın təhtəlşüura, dilaltına, dilarxasına işləməsidir. Və bütün bunlardan sonra da ermənidən artıq erməni olmaq meylləri qaragüruhda qalırsa bu gen məsələsidir. Dost dosta tən gərəyi bilirdik, düşmənə isə gen gərək. Genetik kodla bağlı olmaq gərək”.

“Yeni Sabah” xəbər verir ki, bunu Mirşahin Ağayev Real TV-nin “Mirşahinin vaxtı” proqramında deyib. O, bildirib ki, Şuşa, Laçın Kəlbəcər məğlubiyyətinin təkcə Müsavat-AXC cütlüyünün fəaliyyətinin nəticəsi deyil, həm də bu cütlüyün Koçaryanla, Sarqsyanla rəmzi şəriklik, müştərəkliyinin yekunu olduğunu unutmamalıyıq:

“Ona görə də qələbəmiz həm Koçaryanda, həm Sarqsyanda, həm də 1992-ci ildə bir il hakimiyyətdə olmuş səriştəsiz, fərsiz, məsuliyyətisiz həvəskarlar korpusunda qıcıq yaradır. Və elə burdaca beşinci kalon məsələsi ortaya çıxır. Bu ifadənin tarixinə ekskurs etməyəcəm. Fərqli situasiyalarda paralellər bəzən heç yerinə düşmür. Amma bir yanlışa mütləq düzəliş verməliyik.  pizza mizza

Beşinci kalon qaragüruh başıların iddia etdiyi və bizim bəzi qara media tribunlarının yönləndirdiyi yerdə deyil. Beşinci kalon məhz qaragüruhu idarə edən bir ovucun bağlı olduğu başlardır. Bu yaxınlarda tanınmış sosial şəbəkə istifadəçisi Ərəstun Oruclu adlının bir yazısını oxudum. Əvvəlcə onu deyim ki, Oruclunun çıxışlarını əksər hallarda bölüşmürəm, yanaşma tərzini, mövqeyini bəyənmirəm, mənə hakimiyyətə qarşı ifrat qəzəb və qərəz nöqtəsindən danışan birisi təsiri bağışlayır. Amma son yazısında 5-ci kalonla bağlı fikirləri arasından mənə yaxın olan bəzi hissələr diqqətimi çəkdi:

"5-ci kolonun" bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır. Məsələn, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması iddiaları. Hər iki halda qarşıya bir neçə məqsəd qoyulur: orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması. Son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması. 

Halbuki, 44-günlük müharibədə Azərbaycan hərbi qələbəyə 3 mindən çox şəhid verməklə nail olub. Müqayisə üçün deyim ki, SSRİ Əfqanıstan müharibəsində təxminən 9 il 2 ay ərzində 15 min nəfərədək itki vermişdi. Bizim müharibə ilə paralel apardıqda bu itki azı 227 min nəfər olmalı idi. Deməli, həmin iddialar da yalandır.

Statusun məhz bu yeriylə razılaşmamaq olmur. Və eyni zamanda bu xətti sosial şəbəkələrdə, eləcə də metrikasız yayımlarda, onlara bəzən internet tv-lər də deyirlər, tirajlayanların da ipinin qaragüruhun şəhadət barmağına bağlandığı göz önündədir. Hər dəfə biz qaragüruhdan danışanda, yuxusundan muncuq tapdığına sevinən, “xan adımı çəkdi!” deyə fərəhlənən ünvan sahiblərinə növbəti dəfə deməliyik ki, onların adı iqtidara real alternativ olduqlarına görə çəkilmir. 

Məsələn biz Əli Kərimli, İsa Qəmbər, Arif Hacı, Əli Əliyev və onların taykeşlərindən danışanda ən yaxın tariximizdən məlumatlı olmayanlara informasiya veririk. Bu gün bu adamların boşboğazlığına inana biləcək az-çox yeniyetmə, gənc reallıqdan xəbərdar olsun. Öz gələcəklərini cəmiyyətə faydalı bir işin peşinə etibar etsin. Bu dəfə də beşinci kalon mövzusunu qaragüruhsuz, yəni ilk növbədə kərimlisiz işləyə bilməyəcəiyik. Çünki Ərəstun Məcidlinin haqlı olaraq qeyd etdiyi bu cizgilər Kərimli və onun güruhunun fotorobotunu mükəmməl təqdim edir. "5-ci kolon"a xas təxribat xarakterli informasiyalar və dezinformasiyalar, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması barədə iddialar məhz qaragüruhun, onu yönəldən Kərimlinin əl işidir. 

Orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması, son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması Kərimli və bir ovuc ətrafının yaydığı viruslardır. Əli Kərimlinin müavini Seymur Həziyə məxsus “Rusiya ilə gərginliyin bir danışıqlı döyüş olduğu”barədə sitat da yerinə düşür. Beşinci kalon yerinə yəni. 

Beləliklə məhz Əli Kərimli, Seymur Həzi, bir sözlə AXCP və Milli Şura adlandırdıqları qurum 44 günlük Vətən müharibəsinin Rusiya ilə razılaşdırılması barədə şayələr yazırlar, yayırlar. Məncə, Ərəstun Hacılı məhz bu fraqmentdə haqlıdır. Beşinci kalonun Əli Kərimli və güruhu olduğu qənaətini təsdiqlədiyi fikirlərdə. 44 günlük müharibədə xalqın, müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun yenilməz döyüşçüsünün qazandığı tarixi uğuru gözdən salmağa çalışan da, qələbəni danışılmış oyun məqamına qədər alçaltmağa çalışan da, öz siyasi hikkəsinə Türkiyənin, Pakistanın Azərbaycana verdiyi siyasi dəstəyi belə ləyaqətdən kənarcasına qurban verən və bununla da əsas müttəfiqlərimizin üzərinə gedən də Azərbaycan xalqının əlindən zəfəri qapmaq istəyən Əli Kərimli, İsa Qənbər, Əli Əliyev və onlar kimi oyuncaq müxalifət vahidləridir. 

Məsələn, ASAN və DOST xidmətində işləməyə intellekti çatmayanlar düşünməlidir ki, Taliban ölkədə rəhbərliyə gəlib bir Kabil hava limanını idarə etməyə siyasi dərrakəsi yol vermir. Türkiyədən, Qətərdən kömək istəyir. Biz bir təhlükəli məqama da diqqət yetirməliyik. Məsələn, son zamanlar qaragüruhun daha bir öndə gedəni Əli Əliyev təhlükəli driblinqlər edir. Adətən belə avantüristləri ciddi cəmiyyətlər qəbul etmir. 

Elə bu gün Azərbaycan cəmiyyətində də VİP adlı viaypi adamının əslində siyasətin podvalından uzağa getmədiyi çoxuna bəllidir. Sadəcə Əlini, Vəlini, Pirvəlini, ikisi ondan irəlini, pambıq atan qoz satan, rəhmətlik sənin atan qaravəllilərinin qara qəhrəmanlarını tanımayanların aldanmaq riski olduğundan bu adam üzərində dayanmaq istədim. Dünya COVİD-19-la ölüm-dirim mübarizəsinə qalxıb. Tibb Universitetinin hansısa nəyinin hansısa nəyində həkimvari kimi portfel gəzdirən bu dayaz nağılçı məsuliyyətsizcəsinə peyvəndə qarşı çıxır:

Xəstəliyin yüksək dinamikası, ölənlərin sayının rekord həddə çatması fonunda Azərbaycan dövlətinin peyvənd kursu Qarabağ müharibəsində nümayiş etdirilən dövlət iradəsinin bir başqa şəklidir. Səhiyyə nazirinin səlahiyyətlərini həyata keçirən Teymur Musayev REAL-a müsahibəsində belə demişdi.

Və Əli Əliyevin həkim formatı, nominal olsa da, formal olsa da, onu başqa anti vaksinlərdən daha təhlükəli edir. Bir var bunu zootexnik Əli Əliyev desin, bir də var Tibb Universitetinin hansısa nəyininsə nəyi.

Bütün siyasi mövcudluğu populizm üzərində qurulmuş Əli Əliyevin peyvənd əleyhinə, xüsusilə bu günlər koronavirusun Azərbaycanda rekordlar qırdığı bir vaxtda etdiyi çıxışlar müayinə olunmalıdır. Əli Əliyev özü müayinə olunmalıdır. Onun belə məsuliyyətsiz çıxışlarına qulaq asıb xəstələnən, bəlkə elə bu saat reanimasiyada süni nəfəs aparatına qoşulan pasientllər, bəlkə elə bu dəqiqə vəfat edən Əli qurbanları ola bilər. Sosial şəbəkələrin yaratdığı basməmmədi efir-üfür mühiti belə ağız qəhrəmanlarını əlçatan etməklə, onları daha təhlükəli personaja çevirir. Əli Əliyev bu halında COVİD-19 qədər təhlükə yayır. Xüsusilə Ümumdünya Səhiyyə təşkilatı pandemiyanın yeni mərhələsi ərəfəsində həyəcan təbili çaldığı dövrdə”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aras
    mirsahin butun qehremanlarin Albertden tutmus Ramiz , Vezir , Allahverdi Cingize qeder hamisinin koordinatlarini ermenilere sen satdin
    5 years ago
  • Əkbər
    mşahin yetənə yetirsən yetmətənə badalaq atırsan.koçaryanla sarkisyanla vaxtında kim pürrəngi çay içib yadına sal
    5 years ago