Şəkər istehlak olunan qidalar arasında insan orqanizminə ən çox ziyan vuran məhsuldur. Bunun səbəbi isə tərkibində olan qlükoza adlanan maddədir.
Bu haqda “Yeni Sabah”a açıqlama verən həkim-dietoloq Leyla Zülfüqarlı qlükozanın orqanizmə verdiyi zərərdən danışıb:
“Şəkər, rafinə olunan karbohidratlar, işlənmiş qidalar beyini məhv edən əsas amillərdir. Qlükoza dedikdə, biz bunu sadə təsəvvür etməməliyik. Bu maddə o qədər təhlükəlidir ki, hətta xərçəng hüceyrəsi də yaratmağa qadirdir. İlk növbədə, həmin maddə hüceyrə tənəffüsünü korlayır, bölünüb-çoxalmasının qarşısını alır və inkişafına imkan yaratmır”. pizza hut
Həkim bu maddənin olduğu bütün məhsullardan uzaqlaşmağı tövsiyə edib:
“Bütün bunlar onu deməyə əsas verir ki, qlükozadan daha dəhşətli qida yoxdur. Tərkibində şəkər olan bütün məhsullarda sözügedən maddə var. Bura həmçinin, energetik və qazlı içkilər də daxildir”.
Aytac Şahin
Telegram kanalımız