"Rusiya Prezidenti Putin, mayın 9-dək Ukrayna ilə müharibədə “nəticə” əldə etməyə çalışacaq. Bu işdə müsbət cəhət odur ki, rus hərbçiləri problemi real imkanlar əsasında deyil, tarixə görə həll edəcəklər".
Yenisabah.az xəbər verir ki, bu fikri jurnalist və Ukraynanın TCG-dəki nümayəndəsi Sergey Qarmaş bildirib.
"Biz bundan faydalanırıq, çünki onlar daha az hazırlıqlı olacaqlar. Onlar döyüşə hazırlıqsız əsgərlər göndərəcəklər. Hərbçilərimizdən məlumat almışam ki, Rusiyadan 19 yaşlı müqaviləli oğlanlar Xarkov və Donetsk vilayətlərinə gətiriliblər”. pizza sifarişi
Jurnalistin fikrincə, bu, rus anaları üçün pis olsa da, Ukrayna üçün yaxşıdır, çünki döyüşə hazırlıqsız insanlar gedir.
"Rusiya Putinin böyük hərbçi olduğunu və Ukraynanı məğlub edə bildiyini göstərmək üçün onları döyüşə atır. Düşünürəm ki, həqiqətən də bu tarixə ciddi döyüşlər kimi düşəcək”.
Telegram kanalımız