Bu separatçı bölgə də Rusiyanın tərkibinə keçə bilər - Müzakirələr gedir

saytların hazırlanması

Evə çatdırılma

Bu separatçı bölgə də Rusiyanın tərkibinə keçə bilər - Müzakirələr gedir

Dünya

17 Mart 2024 10:51 923


Cənubi Osetiya Moskva ilə sıx koordinasiyada Rusiyaya mümkün daxil olma məsələsini müzakirə edir.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Cənubi Osetiya parlamentinin sədri Alan Alborov bildirib.

O bu mövzuda referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb. pizza

Alborovun sözlərinə görə, hər iki tərəf razılaşdırılmış xarici siyasət yürüdür.

“Biz Rusiya Federasiyası ilə birlikdə bu, yəni Rusiyanın tərkibinə daxil olmaq haqqında fikrə gələndə bunu edəcəyik”, - deyə o əlavə edib.

2023-cü ildə Cənubi Osetiya rəhbəri Alan Qaqloyev xalqa və parlamentə müraciətində Gürcüstanın separatçı bölgəsinin tezliklə Rusiyaya qoşulacağına ümid etdiyini bildirib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar qeyd edib ki, Cənubi Osetiya konkret təkliflər göndərsə, onlara baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!