Bu şəxslər Rasim Balayevin yerinə sədr olmaq istəyirlər -   ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər Rasim Balayevin yerinə sədr olmaq istəyirlər - ADLAR

Mədəniyyət

11 May 2026 09:42 1065


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, həmin vəzifəyə iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!