ABŞ bahalaşmaya görə yanacaq vergisini müvəqqəti ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bahalaşmaya görə yanacaq vergisini müvəqqəti ləğv etdi

Dünya

11 May 2026 23:11 123


ABŞ qiymətlərin sürətlə artması səbəbindən yanacaq üzrə federal vergilərin yığılmasını dayandıracaq.

"Yeni Sabah" xəbər verir ki, bu məlumatı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində təsdiqləyib.

Bu qərarın nə qədər qüvvədə qalacağı ilə bağlı suala Amerika lideri belə cavab verib: "Nə qədər ki, bu məqsədəuyğun olacaq. İranla bağlı bütün bunlar bitən kimi benzin və neftin qiymətinin daş kimi aşağı düşəcəyini görəcəksiniz". Dominos pizza

Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı dünya enerji bazarının yenidən bölüşdürülməsinə və onun yenidən Birləşmiş Ştatlardan neft alışına istiqamətlənməsinə səbəb olub. Bununla yanaşı, o dəqiqləşdirib ki, Tehranla Vaşinqton arasındakı münaqişə Hörmüz boğazının blokadasına və enerji ehtiyatlarının tədarükü ilə bağlı problemlərə gətirib çıxarıb. Bu, Yaxın Şərqdəki idxalçıları başqa tədarük mənbələri axtarmağa məcbur edib və qazanan ABŞ olub.

Xatırladaq ki, ABŞ-da benzinin qiyməti mayın 10-na olan vəziyyətə görə hər qallon (3,78 l) üçün 4,52 dollar təşkil edərək artıq 2022-ci ildən bəri olan dövr üçün maksimuma yüksəlib. Bununla belə, amerikalı mütəxəssislər ehtimal edirlər ki, münaqişə nisbətən tez başa çatsa belə, ABŞ-də yanacağın qiymətləri yavaş tempdə aşağı düşəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!