Bu şəxslərə pul veriləcək - Rəsmi açıqlama

Bu şəxslərə pul veriləcək - Rəsmi açıqlama

Sosial Veb saytların hazırlanması

09 Dekabr 2023 14:23 27372


“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat bildirib ki, eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır.

“Yeni dəyişikliklə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq.

Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib.

Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsad
    2001 de herbi xidmetdden gelenden orda burda qeyri qanuni fehleliy eliyirem 0552721599
    2 months ago
  • Sədaqət
    Salam mən işsizlik sığortası alırdım işim ixtisara düşdüyünə görə indi yeni işlə təmin olunmuşam. Sığorta ödənişini almağa davam edecem yoxsa sığorta ödənişi dayanacaq?
    3 months ago
  • Vüqar
    Ölkədə işsizlik pik həddə çatıb.Hansı işdən danışırlar bunlar.Yalandı hamısı.Harasa işlə bağlı müraciət edəndədə müxtəlif bəhanələrlə başlarından edirlər.Hər şey yalan üzərində qurulub.
    3 months ago
  • Əlniyaz
    Men islemirem ne edim
    3 months ago