Bu tarixlərdə... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ! 

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixlərdə... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ! 

Sosial

09 Avqust 2024 17:31 1283


Avqustun 9 və 10-da planetimizdə maqnit qasırğası gözlənilir.

Bu barədə "The Watchers" məlumat yayıb. 

Məlumata görə, 8 avqust 2024-cü il tarixində Günəşdə geniş və uzunmüddətli alışma baş verib. Alov zamanı tac kütləsinin atılması da qeydə alınıb.  Toyuqlu pizza

Son 24 saat ərzində daha bir neçə tac kütləsinin atılması müşahidə olunub. Əldə edilən məlumata görə, avqustun 9-u gecə - avqustun 10-u gündüz saatlarında Yer kürəsində mülayim maqnit qasırğası gözlənilir.Həmçinin Günəşdəki iki tac dəliyinin tezliklə Yerə doğru dönəcəyi və bunun da maqnit qasırğasını gücləndirə biləcəyi bildirilir. 

Qeyd edək ki, maqnit qasırğaları Yerin maqnit sahəsində Günəşin fəaliyyəti nəticəsində yaranan pozuntulardır. Maqnit qasırğaları insanlarda baş ağrısı, əsəbilik və yorğunluq yaradır./Sfera.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!