Bu villaya da həbs qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu villaya da həbs qoyuldu

Dünya

14 Aprel 2022 07:10 652


Fransa hakimiyyəti rusiyalı milyarder Roman Abramoviçə məxsus villaya həbs qoyub. Vindzor hersoqu və hersoginyasının vaxtilə istirahət etməyi sevdiyi elit villa Fransanın cənubunda, Antibes şəhərinin dənizkənarı qayalıqlarında yerləşir.
 

Bu barədə “Daily Mail” məlumat yayıb.

Şato de la Kro (Château de la Croë) adlı mülkün dəyəri təxminən 90 milyon funt-sterlinq (9,7 milyard rubl) olaraq qiymətləndirilir. Villa 1926-cı ildə tikilib və 10-dan çox yataq otağı, səkkiz vanna otağı var. Tikili 12 hektar meşə və qazonlarla əhatə olunub. Aralıq dənizi isə bir neçə metr məsafədədir.

2001-ci ildə mülkü satın alan Abramoviç onun bərpasına təxminən 30 milyon funt-sterlinq (3,2 milyard rubl) xərcləyib. Binanın damında 15 metrlik hovuz, zirzəmidə isə nəhəng idman zalı və ev kinoteatrı quraşdırılıb. / Oxu.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!