“Bundan sonra Moskva ilə üzbəüz qalacağıq...”

saytların hazırlanması

Evə çatdırılma

“Bundan sonra Moskva ilə üzbəüz qalacağıq...”

Siyasət

07 İyul 2021 09:37 3678


“Azərbaycan-Ermənistan sərhəddində Rusiya qoşunları yerləşdirilir, qonşu ölkə Ermənistan, İran, Türkiyə sərhəddindən sonra Azərbaycanla sərhədin qorunmasını da Rusiyaya verir”.

“Yeni Sabah” xxəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O, bildirib ki, Ermənistanın bir tək Gürcüstanla sərhədlərində öz qoşunları olacaq. Bir müddət sonra Qarabağla bağlı bütün məsələləri rəsmi İrəvan Kremlə təhvil verib tamamən oyundan çıxacaq:

“Bunun üstünlüyü də var, ciddi təhlükələri də... Amma bir şey dəqiqdir ki, bundan sonra Moskva ilə üzbəüz qalacağıq, Kreml öz "cizgiləri" ilə üzərimizə gəldikcə, gərək bizim də ciddi müdafiəmiz olsun. Bu müdafiə xətti isə NATO ölkəsi olan qardaş Türkiyə ilə daha sıx əməkdaşlıqdan keçir.  Dominos pizza

Bölgəmiz hələ uzun illər çalxalanacaq, bir müddətdən sonra Rusiyanın başı Orta Asiyada ciddi qarışacaq, 20-ci əsrin 30-cu illərində sovetin zorla Əfqanıstana qovduğu "basmaçların" nəvə-nəticələri əllərində silah, dillərində cəlbedici sadə hekayə ilə geri, Orta Asiyaya dönməyə çalışırlar. 

Belə vəziyyətdə güclü olmağa məhkum və borcluyuq ki, imkan tapan kimi Cənubi Qafqazı Şimalın soyuq küləklərinin ağır təsirlərindən, dondurucu qucağından qopara bilək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!