“Bunları düzəltmək mümkündür” – Mirələmov danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bunları düzəltmək mümkündür” – Mirələmov danışdı

Siyasət

31 May 2021 09:51 2804


“Deyə bilmərəm ki, həyatım başdan-başa elə uğurlardan ibarətdir. Uğursuzluqlarım da çox olub. Hamı kimi xeyli yanlışlıqlara da yol vermişəm. Amma bir şey var ki, bu yanlışlıqları heç vaxt görməzdən gəlməmişəm. Onlardan nəticə çıxarmağa çalışmışam. Səhvlərimdən dərs almışam bacardıqca..."

“Yeni sabah” "Ölkə.az"a istinadən bildirir ki, bu sözləri sabiq deputat Hüseynbala Mirələmov deyib. O bildirib ki, vicdan dəyərindən heç vaxt vaz keçməyib:

"Biz sovet ideologiyasının təsiri altında yetişmiş insanlarıq. Sovetlərin bir çox dəyərlərini özümüz üçün müqəddəsləşdirmişdik. Bu dəyərlərin çoxu puç oldu, bir anlamı qalmadı. İmtina etdik çoxundan. Bir dəyərdən isə heç vaxt vaz keçmədim. O dəyərin adı vicdandır... Müəllimlərimizin də, valideynlərimizin də bizə ən çox aşıladıqları o idi" Pepperoni pizza

"Ötüb-keçən illər mənə kifayət qədər həyat təcrübəsi qazandırıb. İndi də düşünürəm ki, vicdan bir insan üçün ən mühüm keyfiyyətdir. Əslində, o, bir insana gərək olan bütün mənəvi-əxlaqi keyfiyyətlərin məcmusudur.

İnsan savadsız ola bilər, hansısa peşəkar qabiliyyətlərində axsaya bilər, yarıtmaz ola bilər, bunları düzəltmək mümkündü. Amma əgər insan vicdansızdırsa, onunla yola getmək çox çətin olacaq", - deyə sabiq deputat əlavə edib.

Xatırladaq ki, sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışını əks etdirən videosu yayılmışdı. Həmin videoya görə H. Mirələmov YAP-dakı bütün vəzifələrindən azad edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!