Çaylarda suyun səviyyəsinin artması selə səbəb oldu 

saytların hazırlanması

Evə çatdırılma

Çaylarda suyun səviyyəsinin artması selə səbəb oldu 

Sosial

29 İyul 2024 10:10 505


Ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda bir neçə çaydan sel keçir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.  Dördpendirli pizza

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!