Çayxanada dava: Müştəri 13 bıçaq zərbəsi endirdi

saytların hazırlanması

Evə çatdırılma

Çayxanada dava: Müştəri 13 bıçaq zərbəsi endirdi

Kriminal

28 Aprel 2024 09:34 826


Zaqatalada mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə aprelin 27-i axşam saat 23 radələrində rayonun Qandax kəndində baş verib.

Kənd ərazisində fəaliyyət göstərən çayxanaya gələn müştəri, Qandax kənd sakini 1986-cı il təvəllüdlü Tural Hüseyn oğlu Bayramovla çayxananı işlədən Qandax kənd sakini 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradov arasında mübahisə baş verib. pizza mizza

Mübahisə zamanı T. Bayramov üzərində olan bıçaqla həmkəndlisi N. Muradova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Sonuncuya bıçaqla 13 zərbə endirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə törətməkdə şübhəli sayılan T. Bayramov isə saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!