Cəbrayılın bu kəndində 867 ailə yaşayacaq - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılın bu kəndində 867 ailə yaşayacaq - FOTOLAR 

Sosial

05 Oktyabr 2024 10:58 588


Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin yəni 867 ailənin yaşaması nəzərdə tutulub. 

Yenisabah.az xəbər verir ki, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. 

Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.  pizza sifarişi

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib. 

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!