Cəmi 2 günlük idi: Körpənin faciəli ölümü

saytların hazırlanması

Evə çatdırılma

Cəmi 2 günlük idi: Körpənin faciəli ölümü

Hadisə

23 Aprel 2026 21:49 148


Türkiyənin Bursa şəhərində 2 günlük körpə süd nəfəs borusuna keçdiyi üçün həyatını itirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə qardaş ölkənin Bursa şəhərinin İnegöl rayonunda baş verib.

Məlumata görə, Suriya əsilli Muhammed və Hema Habbab cütlüyünün 2 günlük Emira adlı körpəsi anası tərəfindən əmizdirilib və yatızdırılıb. Körpənin yanında yatan ana bir müddət sonra oyanaraq uşağı yoxlayanda onun hərəkətsiz vəziyyətdə olduğunu görüb.

Bundan sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları çağırılıb. İlkin müayinə zamanı körpənin ürəyinin dayandığı müəyyən edilib.

Tibb işçiləri körpəyə ürək masajı edərək onu təcili şəkildə İnegöl Dövlət Xəstəxanasına çatdırsalar da, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, körpənin nəfəs borusuna süd düşdüyü müəyyən edilib. Emiranın meyiti dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Bursa Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib.

Faktla bağlı araşdırma başlanıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!