Küçədə hamıya yaxınlaşıb öpməyə çalışdı   – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Küçədə hamıya yaxınlaşıb öpməyə çalışdı – VİDEO

Dünya

23 Aprel 2026 22:19 152


Türkiyənin Diyarbəkir şəhərində qəribə hərəkətlər edən şəxs küçədə insanlara yaxınlaşaraq onları qucaqlayıb öpməyə çalışıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Diyarbəkirin Kayapınar rayonunda qeydə alınıb.

Məlumata görə, şirniyyat evindən çıxan şəxs ayaq üstə güclə dayansa da, ətrafdakı insanlara yaxınlaşaraq onları narahat edib, bəzilərinə isə hücum etməyə çalışıb.

Hadisə şahidlərindən biri həmin anları mobil telefonla lentə alıb. Görüntülərdə şəxsin yoldan keçənlərə tərəf qaçdığı, onları qucaqlayıb öpməyə çalışdığı, daha sonra isə müvazinətini itirib yerə yıxıldığı görünür.

Hadisə qısa zamanda ətrafdakıların narahatlığına səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!