İranla sülh sazişi yalnız ABŞ və onun müttəfiqləri üçün uyğun və sərfəli olduğu halda bağlanacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"İranın Hərbi Dəniz Donanması dənizin dibində yatır, onların Hərbi Hava Qüvvələri, zenit-raket kompleksi məhv edilib, liderləri isə artıq aramızda deyil. Mühasirə keçilməz və möhkəmdir, bundan sonra isə yalnız daha pis olacaq. Vaxt onların xeyrinə işləmir! Müqavilə yalnız bu, ABŞ, müttəfiqlərimiz və əslində, qalan bütün Dünya üçün uyğun və sərfəli olduqda bağlanacaq", - Tramp bildirib.
O, həmçinin Vaşinqtonun Tehranla müharibəni bitirməyə çalışdığı barədə bəzi media resursların məlumatlarını təkzib edərək, vaxtın ABŞ-yə deyil, İrana qarşı işlədiyini vurğulayıb: "Mən, ehtimal ki, bu vəzifəni indiyədək tutmuş bütün şəxslər arasında təzyiqə ən az məruz qalan insanam. Dünyanın bütün vaxtı mənim ixtiyarımdadır, lakin İranın vaxtı yoxdur - saat tıqqıldayır!"./Report
Telegram kanalımız