“Osmanqızı TV-də Leyla Yunus çıxışında Əbülfəz Elçibəy haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirib”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə yazıb. O, bildirib ki, Leyla Yunusun Əbülfəz bəyin guya KQB agenti olması haqqında mülhizəsi subyektiv xarakter daşıyır və ehtimallara söykənir.
“Mən Əbülfəz bəyi tələbəlik dövründən tanıyıram, 1975-ci ildə onun məhkəməsində iştirak etmişəm, 70-ci illərdə onun qurduğu tələbə dərnəklərinin iştirakçısı olmuşam. pizza
Mən keçmiş KQB-nin Əbülfəz bəy haqqında topladığı materialların böyük əksəriyyəti ilə tanışam və Leyla xanımın dediklərinin heç biri gerçək həqiqətə uyğun deyil.
Yeri gəlmişkən Azərbaycanda KQB-nin agentura şəbəkəsi keçmiş KQB-nin məsul işçisi Mitroxinin gizli sənədlərində yer alıb və onların içində bu gün vəzifədə olanlar da var. O siyahılarda Əbülfəz bəydən "donos" yazan xeyli alimlər də öz "kliçkaları" ilə göstərilir.
Leyla xanıma uzun müddət hörmət bəsləyən biri kimi deməliyəm ki, onun Əbülfəz bəyin guya Heydər Əliyevin adamı olması barədə mülahizələri də subyektivdir. Leyla xanım heç vaxt Əbülfəz bəyin yaxın əhatəsində olmayıb və bu məsələnin ən mühüm detalların bilmir və təəssüf ki, dərindən bilmədiyi məsələr haqqında mülahizələr yürüdür.
Qəti əminliklə demək istəyirəm ki, Leyla Yunusun Əbülfəz bəylə bağlı irəli sürdüyü hər iki ittiham gerçəklikdən çox uzaqdır və köhnə ixtilafların hazırki birtərəfli təzahürüdür”.
Telegram kanalımız