Cənubi Qafqaza yeni geostrateji müdaxilə -   Rusiya və Türkiyəyə təzyiq, ermənilərə dəstək

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Qafqaza yeni geostrateji müdaxilə - Rusiya və Türkiyəyə təzyiq, ermənilərə dəstək

Siyasət

27 Aprel 2021 15:17 977


"Bayden "erməni soyqırımı" deməklə həm də erməni ictimai rəyində anti-Rusiya meyillərini artırmağı hədəfləyib. Bu, həm Birləşmiş Ştatların “ermənilərin yanında olduğu” görüntüsü yaratmaq, həm də Ermənistanın acınacaqlı məğlubiyyətinin səbəbkarı kimi Kremli göstərmək hədəfinə xidmət edir. Fakt budur ki, regional təcrid vəziyyətində olan Ermənistan bölgədə hər hansı bir önəm daşımır və geostrateji reallıqlara təsir etmək imkanlarına sahib deyil".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Nurlan Qələndərli bildirib.

O qeyd edib ki, Vaşinqton regionda Rusiyaya təzyiq göstərmək üçün yeni metodlardan istifadə etməyə çalışır: Pepperoni pizza

"Bayden bu məqsədlə erməni ictimai rəyinə hesablanmış gedişlər edir. Burada məqsəd həm də məğlub ölkədəki qərbpərəst qüvvələrin siyasi manevr imkanlarını genişləndirmək və onları seçkilərdə avantajlı hala gətirməkdir. Baydenin məlum bəyanatının siyasi tərcüməsi həm də onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqaza yeni geostrateji müdaxilə etməyə çalışır.

Görünən odur ki, bu bölgədə yeni çoxtərəfli əməkdaşlıq platformasının yaradılması, sülh və təhlükəsizlik şəraitində regional inkişafın təmin olunması Ağ Evi öz məhdud və birtərəfli maraqlarına görə məmnun etmir. Ona görə də həm Türkiyəyə, həm Rusiyaya təzyiq göstərməklə, həm də erməni amilindən istifadə etməklə prosesə müəyyən qədər mane olmağa çalışır. Amma bu, praqmatik yanaşma deyil və ABŞ-ın öz maraqları üçün də yaxşı perspektiv vəd etmir. Nəzərə alınmalıdır ki, regional proseslər məhz bölgə aktorlarının geosiyasi iradəsi əsasında tənzimlənir və Vaşinqtonun hazırda proseslərin gedişinə həlledici təsir etmək imkanları yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!