“Cənubi Qafqazda beton divarlara ehtiyac olmayacaq“ - Elçin Mirzəbəyli

saytların hazırlanması

Evə çatdırılma

“Cənubi Qafqazda beton divarlara ehtiyac olmayacaq“ - Elçin Mirzəbəyli

Siyasət

20 Avqust 2021 13:05 1283


"Cənubi Qafqaz respublikaları arasında inteqrasiya prosesindən söhbət gedirsə, beton divara ehtiyac qalmayacaq".

Yenisabah.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O, Türkiyə-İran sərhədində  çəkilən beton divarın Azərbaycan-Ermənistan sərhədində çəkilmə ehtimalını şərh edib. Sezar pizza

“Bir vaxtlar Qərbi və Şərqi Almaniyanı da beton divar ayırırdı. Sonradan necə dağıldığını gördük", - deyə Elçin Mirzəbəyli vurğulayıb

Onun sözlərinə görə, Türkiyə-İran sərhədində beton divarın çəkilməsi fikki həqiqəti əks etdirmir: "Bu fikir Əfqanıstandan gələn qaçqınlarla əlaqədar olaraq Türkiyə müxalifətinin səsləndirdiyi fikirlərdir. Çünki onlar əfqan qaçqınların Türkiyəyə daxil olmasını istəmirlər”.

Ekspert qeyd edib: 

“Azərbaycan sərhədləri elə bir relyefdə yerləşir ki, tam nəzarət etmək imkanımız var. Tam nəzarətdən sonra delmitasiya və demarkasiya prosesi baş verəcək və problem yaşanmayacaq. İndiki şəraitdə sosial problemlərlə üz-üzə qalan Ermənistan rejiminin əsas diqqəti xarici düşmən faktorunun qabardılmasına yönəlib. Bu aspektdən tez-tez sərhəd məsələlərini gündəmə gətirir. Əgər gələcəkdə regionda kommunikasiyaların tam şəkildə açılmasından və əlaqələrin genişləndirilməsindən danışırıqsa, bütövlükdə Cənubi Qafqaz respublikaları arasında gələcək inteqrasiya prosesindən söhbət gedirsə, beton divara ehtiyac qalmayacaq”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!