“Çexiya Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəklərini dəstəkləyir və bu ölkələrə kömək edəcək”.
Yenisabah.az xəbər verir ki, bunu Çexiyanın Xarici İşlər naziri Yan Lipavs Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl deyib:
“Çexiya Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə daxil olmaq istəklərini dəstəkləyir. Biz bu işdə onlara mümkün qədər dəstək olmaq istəyirik”. Marqarita pizza
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Kiyevə səfəri zamanı Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı anketi prezident Volodimir Zelenskiyə təqdim edib. Birliyə üzv olmaq üçün əvvəllər müraciət etmiş Moldova və Gürcüstanın da bazar ertəsi, aprelin 11-də oxşar sorğu vərəqələri alacağı gözlənilir.
Qeyd edək ki, Zelenski fevralın 28-də Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb. Ertəsi gün isə Avropa Parlamenti Ukraynaya namizəd ölkə statusu verən qətnaməni təsdiqləyib.
Moldova və Gürcüstan da analoji ərizələri martın 3-də təqdim ediblər.
Telegram kanalımız