Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə danışdı

Siyasət

08 Sentyabr 2023 14:27 346


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı vəzifədaşı Annalena Beerbokla telefon danışığı aparıb.

Yenisabah.az xəbər verir ki, telefon danışığı zamanı regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə Ermənistan tərəfindən yayılan "gərgin humanitar vəziyyət" və "blokada" iddialarının əsassız olduğu, bunun Ermənistanın siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılıb. Marqarita pizza

Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb.

Post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edilib.

Telefon danışığı zamanı Ermənistanın davam edən hərbi təxribatları, mina təhdidləri barədə qarşı tərəfə müfəssəl məlumat verilib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!