Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü - Fotolar

Siyasət

09 Aprel 2021 20:42 668


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş barədə XİN məlumat yayıb.

Məlumata görə, nazir Ceyhun Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulanıb. Pepperoni pizza

Baş katib Bağdad Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılan Zirvə görüşünün videokonfrans formatında keçirildiyini və bu toplantının türkdilli dövlətlər arasında mövcud olan həmrəyliyi bir daha yüksək səviyyədə nümayiş etdirdiyini bildirib.

Türk Şurasının Bakıda keçirilən informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına istinad edən Baş katib, bu sahədə üzv ölkələrinin əməkdaşlğının genişləndirilməsinin əhəmiyyətini vurğulanıb.

Tərəflər, həmçinin Türk Şurası çərçivəsində müxtəlif sahələrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, təşkilatın qarşıdan gələn Istanbul Zirvə görüşünə hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!